Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünyada şərab istehsalı AZALIR - SƏBƏBLƏR

Dünyada şərab istehsalı AZALIR - SƏBƏBLƏR

2024-cü ildə dünya üzrə şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər.

Bu məlumat Beynəlxalq Üzüm və Şərab Təşkilatının hesabatında yer alır.

Hesabat müəllifləri qeyd edirlər ki, 2024-cü ildə dünyada 235 milyon hektolitr şərab istehsalı gözlənilir ki, bu da 1961-ci ildən sonrakı dövrdə ən pis göstəricidir. Sözügedən ildə dünyada 220 milyon hektolitr şərab istehsal edilmişdi.

Şərab istehsalının 2023-cü illə müqayisədə 2 faiz, onillik dövr üzrə isə 13 faiz azalacağı proqnozlaşdırılır.

Hesabata görə istehsalın azalması əlverişsiz iqlim şərtləri – yazda uzunmüddətli yağışlar və yayda uzun müddət davam edən istilərlə əlaqədardır. Belə iqlim şəraiti zərərvericilərin artması ilə nəticələnir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də