
Gələn il Azərbaycanda minimum əməkhaqqı artırılacaq.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Bildirilir ki, minimum əməkhaqqı 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz artırılaraq 400 manat olacaq.
Qeyd edək ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
 
 
						 
 
 



 
					 
					 
					 
					 
					 
					 
					