Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qızıl kəskin bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda qızıl kəskin bahalaşıb - QİYMƏTLƏR
Dünya bazarında qızılın qiyməti rekord həddə çatıb. Belə ki, bu gün qızılın qiyməti ilk dəfə 2800 dollar həddini keçib. Nyu-York əmtəə birjasında bu səhər 1 unsiya qızıl 2801,7 dollara satılıb. Bundan əvvəl qızıl 2700 dollarlıq psixoloji həddi sentyabrın 26-da aşıb.

 

Bununla da ilin əvvəlindən qiymət artımı 35 faizə çatıb. Qızılın qiymətini artıran amillər arasında dünyada geosiyasi risklərin kəskinləşməsi, monetar siyasətin yumşaldılması və ABŞ-da prezident seçkilərinin nəticəsinin qeyri-müəyyənliyi var. Bütün bunlar təhlükəsiz sığınacaq kimi qızıla tələbatı artırır. ABŞ-da seçkilərə qədər son həftələrdə ştatlarda siyasi qeyri-müəyyənlik faktoru qızılın bahalaşmasını xüsusilə sürətləndirir.

 

Qiymət artımı Azərbaycana da təsirsiz ötüşməyib.  qızıl alış-satışı ilə məşğul olan bir neçə satıcı ilə həmsöhbət olub.

 

Satıcıların verdiyi məlumata görə, qızılın satış qiymətində ötən illə müqayisədə ciddi artım qeydə alınıb. 


"Məsələn, ötən il 90, 95, 100 manata satılan 583 və 585 əyarlı qızıl-zinət əşyaları hazırda 120, 125 və 130 manata təklif olunur. 750 əyarlı İtaliya qızılı isə daha bahadır. Hazırda bu qızıl alıcılara 155-160 manata təklif edilir", - satıcılardan biri deyir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də