Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ən çox və ən az kredit verən BANKLAR

Azərbaycanda ən çox və ən az kredit verən BANKLAR

Ötən ilin sonu ilə müqayisədə bank kredit portfeli üzrə təmərküzləşmə artıb.

 Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bank sistemində təmərküzləşmə məsələsinə də yer ayrılıb.

Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin ilk yarımilində kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 49 vahid artaraq 1196 təşkil edib.

Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası da 2024-cü ildə kredit portfeli üzrə təmərküzləşmənin artdığını göstərir.

Belə ki, 2023-ci il ilə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1.4 faiz bəndi artaraq 53,8 faiz olub.

Qeyd edilib ki, bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır.

Bankların kredit portfeli üzrə göstəricilərinə nəzər salanda məlum olub ki, ölkədə ən çox kredit 3 bankdan Azərbaycan Beynəlxal Bankı, Kapitalbank və Paşabankdan götürülüb.

2024-cü ilin ikinci rübünün nəticələrinə görə  5,8 milyard manat kredit portfeli ilə Azərbaycan Beynəlxalq Bankı liderliyini qoruyur.

İkinci yerdə 4,7 milyard manatla Kapitalbank qərarlaşıb.

Paşabank 3 milyard manat kredit portfeli ilə ilk üçlüyü qapayır.

Azərbaycanda ən kredit verən banklar da məlumdur.

Sonuncu üçlükdə ASB, VTB və AFB Bank yer alıb.

Siyahıda sonuncu yerdə qərarlaşan AFB bankın kredit portfeli birinci rübə nisbətən azalıb.

Bu bank ikinci rübün nəticələrinə görə kredit portfeli azalan yeganə bankdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də