Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hansı banklara əmanət qoymaq az gəlir gətirir? 

Hansı banklara əmanət qoymaq az gəlir gətirir? 

Azərbaycanda fəaliyyət göstərən 20 banka fiziki şəxslər tərəfindən ümumilikdə 13 milyard 661 manat əmanət  qoyulub.

əmanətlərinin 65.7 faizi  (8 milyard 981.7 milyon manat) milli valyutada, 34.3 faizi  (4 milyard 679.3 milyon manat) xarici valyutadadır.

 Fiziki şəxslərin əmanət portfelinin 59.1 faizi (8 milyard 67.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. 

 Bankların əmanət təkliflərinə nəzər salanda görünür ki, ən yüksək əmanət faizləri Azərbaycan Beynəlxalq Bankı, Bank BTB, Bank VTB, Unibank, Ekspressbank və Yelobankdır.

 Bu banklarda bir illik əmanətlər 10-11 faiz arasında dəyişir.

 Ən aşağı əmanət faizləri isə Xalqbank, Yapıkredit bank və Azərtürkbankdadır.

 Yapıkredit bankı 5,5 faizlə, Azərtürkbank 5,5 faizlə,  Xalqbank isə 6,5 faizlə əmanət cəlb edir.

Maraqlıdır ki, ən yüksək əmanət faizləri təklif edən Bank BTB və Bank VTB hüquqi şəxslərin depoziti və fiziki şəxslərin  əmantələrin həcminə görə banklar arasında sonuncu yerlərdə qərarlaşıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də