
2024-cü ilin yanvar-iyul aylarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 1,4 milyard dollardan çox olub.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilib ki, bu da 2023-cü illə müqayisədə 5% azdır.
Gürcüstandan Rusiya Federasiyasına ixrac 2,2%, Rusiyadan Gürcüstana idxal isə 6,1% azalıb.