
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə nəqliyyat üzrə mütəxəssis, avtoçilingər, vulkanizatorçu vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.
ANAMA-dan verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair təsdiqedici sənədin surəti;
∙ əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu bu il sentyabrın 30-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.