Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sahil Babayev iş yerini itirəcək insanların sayını AÇIQLADI

Sahil Babayev iş yerini itirəcək insanların sayını AÇIQLADI
Bu gün əmək bazarında böyük sayda ixtisassız işçi qüvvəsi var.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.

 Nazir bildirib ki, insan potensialının dövrün tələblərinə uyğunlaşdırılması dövlətin əsas hədəfidir:

 "Müasir dövrün tələblərinə uyğun olaraq mövcud olan peşələr, kvalifikasiyalara dair yeni tələblər ortaya çıxır. Yaxın 10 illik dövrdə süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insan iş yerini itirəcək. Bunun əvəzində isə müasir səriştələr tələb edən 97 milyon yeni iş yeri açılacaq".

 S.Babayev əlavə edib ki, azad olunan ərazilərdə görülən işlər, əhali köçü qarşımızda yeni çağırışlar açır: "Həmin şəxslərin məşğulluğunun, eləcə də əmək bazarının ən yaxşı şəkildə formalaşdırılması vacib amillərdəndir".

 "Fikrimcə liderin uğurda payı 20-30 faizdir. Uğurun 70-80 faizi komanda işindən irəli gəlir. Liderin əsas işi, bacarığı komandanı formalaşdırmaq, ürəkləndirmək, təşəbbüsləri üçün platforma yaratmaq, təklifləri əsasında qərar qəbul etməkdir. Uğursuzluğun 100 faizi amma məhz liderin uğursuzluğudur. Çünki komandanı formalaşdırmaq məhz liderin işidir. Müsabiqənin final mərhələsinə çıxan bütün finalçılara uğurlar arzulayıram, çünki məhz sizlər cəmiyyətə nümunə olmalısınız", - nazir vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də