Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ölkəmizə gətirilən maşınlar bahalaşıb, sayı azalıb

Ölkəmizə gətirilən maşınlar bahalaşıb, sayı azalıb

2024-cü ilin 6 ayı ərzində Azərbaycana 42335 ədəd avtomobil idxal edilib. Bunun 38 008 ədəd minik avtomobilidir.

Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi statistik bülletenə əsasən apardığı araşdırmaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayında azalma qeydə alınıb.

 Belə ki, 2023-cü ilin birinci yarısında Azərbaycana  44 937 minik maşını gətirilib. Bu da 1 il ərzində ölkəyə gətirilən avtomobillərin sayının təxminən 7 min ədəd azaldığını göstərir.

Buna baxmayaraq, Azərbaycana idxal olunan hibrid və tam elekrik mühərrikli maşınların sayı artıb. Qeyd edək ki, bu ilin ilk 6 ayında ölkəyə 9 minə yaxın hibrid, 1505 ədəd elektrik mühərriklə işləyən maşın gətirilib.

 

Azərbaycana gətirilən maşınların qiyməti isə nəzərə çarpacaq dərəcədə artıb. İdxal olunan minik maşınlarının ümumi qiyməti 683 milyon dollara yaxın olub. 2023-cü ildə Azərbaycana gətirilən bir ədəd minik maşınını orta qiyməti 15121 manat olduğu halda, bu il bu qiymət 18 min manata yaxın olub. Beləliklə, idxal olunan avtomobillərin orta qiyməti 3 min manata yaxın artıb.

 

Elektrik maşınlarının orta qiymətində ciddi dəyişiklik olmayıb. 2023 və 2024-cü ilin birinci yarısında Azərbaycana gətirilən elektrik mühərrikli avtomobillərin bir ədədinin qiyməti 41 min dollara yaxın olub. Hibrid maşınlarında isə ciddi bahalaşma müşahidə edilib. Ötən il bir ədəd hibrid avtomobilin orta qiyməti 21.7 min dollar, bu il isə 38 faiz daha çox, 30 min dollara yaxın olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də