Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət borcumuz nə qədərdir...

Dövlət borcumuz nə qədərdir...
2024-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 300,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110,0 milyon manat vəsait, cəmi 410,0 milyon manat vəsait nəzərdə tutulub.

 Bu barədə  Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 "2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 41,7 milyon manat (22,2 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 19,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılmışdır. Həmin ayrılmış vəsaitin 14,5 milyon manatının maliyyələşməsi həyata keçirilib.

 Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait  ölkə ərazisində dini qurumlara maliyyə yardımının, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün istifadə olunub.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də