Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan xaricdən 14 ton at ətini niyə alıb? - Kilosu 3 manat...

Azərbaycan xaricdən 14 ton at ətini niyə alıb? - Kilosu 3 manat...

Bu ilin yanvar ayında Azərbaycana 14.53 ton at əti idxal edilib.

 Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, xaricdən idxal edilən at ətinin ümumi qiyməti 25 min dollara yaxn olub.

 Beləliklə, at ətinin kilosu xaricdən təxminən 3 manata idxal olunub. Sözügedən məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 Qeyd edək ki, at əti əsasən Mərkəzi Asiya ölkələrində istehlak olunur. Meksika və Argentinada da at ətinin istifadə olunduğu ölkələr siyahısındadır.

 Azərbaycanda at ətinin satışı rəsmi olaraq qadağan deyil, ancaq ölkədə bu ətdən istifadə olunmadığı üçün bazar formalaşmayıb.

 Bəs at əti Azərbaycana niyə idxal olunub?

 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sözügedən miqdarda at əti 2023-cü ilin dekabr ayında Qazaxıstana ixrac olunub. 2024-cü ilin yanvar ayında məhsul geri qaytarıldığı üçün rəsmi məlumatda idxal edilmiş kimi görünüb.

 

Məlumatı Komitənin dekabr ayında yayımlanan hesabat da təsdiq edir. Belə ki, Dövlət Gömrük Komitəsinin 2023-cü ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilərinə görə, Azərbaycanda 25 min dollar dəyərində 14.53 ton at əti ixrac edilib.

 

Qeyd edək ki, Azərbaycan, həmçinin diri atlar da ixrac edir. 2023-cü ildə Azərbaycan xarici ölkələrə 2800-ə yaxın diri at göndərilib, 63 at isə ölkəmizə idxal olunub. Bu ilin yanvar ayında isə Azərbaycan 116 at ixrac edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də