Qlobal bazarda neftin qiyməti son vaxtlar artıb, ona görə də OPEC+ vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər görməyə ehtiyac duymur.
Bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Media nümayəndələri Rusiya hökuməti başçısının müavininə OPEC+ üzv ölkələrinin yanacaq istehsalına yeni məhdudiyyətlərin tətbiqini müzakirə edib-etmədiyini soruşub.
Bununla belə, o, müvafiq qərarların vəziyyətdən asılı olacağını qeyd edib.
“İndi qiymət bir qədər qalxır, vəziyyət az-çox tarazlaşır. Biz buna nəzarət edəcəyik, burada bəzi qərarların verilməli olduğunu deyə bilmərik. Biz həmişə vəziyyətə baxırıq”, - deyə Novak vurğulayıb.