Milli Məclis siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına dair sənədi III oxunuşda təsdiqləyib. Dəyişikliklə aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.
Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılır.
Aksiz dərəcələrinin artırılması sözügedən məhsulların qiymətlərinə necə təsir edəcək? Nə qədər bahalaşma gözlənilə bilər?
Məsələ ilə bağlı açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli siqaret və alkoqollu içkilərin qiymətlərində ən yaxşı halda 10 faiz artım olacağını bildirib: