"Azeri Light" markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.
Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,16 ABŞ dolları, yaxud 1,44 % azalaraq 79,28 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.