
Rusiyada dollar kəskin bahalaşıb.
İyunun 26-da Moskva birjasında valyuta hərraclarının açılışında dolların məzənnəsi 2022-ci ilin martından bəri ilk dəfə olaraq 86 rublu ötüb.
Avronun məzənnəsi də artaraq aprelin 25-dən bəri ilk dəfə olaraq 94 rublu ötüb.
Eyni zamanda, yuan aprelin 7-dən bəri ilk dəfə olaraq 12 rublu ötüb.