Avropa yeraltı qaz anbarlarını doldurmağa davam edir, hazırda anbarların 95.43-i doludur.
Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının hesabatında qeyd olunub.
Bildirilir ki, Avropanın qaz anbarında 103.6 milyard kubmetr qaz var.
Qaz ehtiyatlarının böyük hissəsi, 23.8 milyard kubmetri Almaniyada saxlanılır. 17.9 milyard kubmetrlə İtaliya ikinci, 12.9 milyard kubmetrlə Fransa üçüncü, 8.8 milyard kubmetrlə Avstriya dördüncü yerdədir. Avropa İttifaqında qaz ehtiyatlarının 60%-dən çoxu bu ölkələrin payına düşür. Avropada qaz anbarlarının ümumi tutumu təxminən 110 milyard kubmetrdir.