“İnter Mayami”nin ulduzu Lionel Messi “MLS Ulduzlar matçı”nı buraxdığı üçün bir oyunluq diskvalifikasiya edilib.
Messinin komanda yoldaşı Jordi Alba da eyni cəzanı alıb.
“Ulduzlar matçı” iyulun 23-də Ostində keçirilib. MLS komandası Meksika klubu ilə qarşılaşıb.
MLS qaydalarına görə, “Ulduzlar matçı”nda iştirak etməkdən imtina edən futbolçular bir oyunluq diskvalifikasiya alır.
Messi və Albanın yorğunluq səbəbindən matçı buraxdığı deyilir.