Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Badmintonçularımız 3 qızıl medal QAZANDILAR

Badmintonçularımız 3 qızıl medal QAZANDILAR

Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar.

Badminton Federasiyasından  verilən məlumata görə, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.

Yeniyetmə badmintonçular daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında əldə edib. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də