Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda “Barselona”nın futbol akademiyası yaradılacaq

Azərbaycanda “Barselona”nın futbol akademiyası yaradılacaq

Azərbaycanda “Barselona” futbol akademiyası yaradılacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyevlə “Barselona” klubunun prezidenti Xuan Laporta arasındakı görüşdə bildirilib.

Qəbulda Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı qeyd edilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də