Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış “Zirə” - “Kəpəz” matçı bu gün keçiriləcək.
Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 16:00-da səsləndiriləcək.
“Zirə” hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
24 fevral
17:00. “Zirə”– “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.