Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün Çempionlar Liqasında dörd oyun keçiriləcək

Bu gün Çempionlar Liqasında dörd oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.

Günün ilk matçında "Milan" Bakı vaxtı ilə saat 21:45-də doğma meydanda "Feyenoord"u qəbul edəcək. Gecəyarısı isə daha üç qarşılaşma baş tutacaq: "Atalanta" "Brügge" ilə, "Bavariya" "Seltik"lə, "Benfika" isə "Monako" ilə üz-üzə gələcək.

Səkkizdəbir finala yüksələcək son komandalar fevralın 19 və 20-də keçiriləcək matçlardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, liqa mərhələsini uğurla tamamlayan "Liverpul", "Arsenal", "Aston Villa" (İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko Madrid" (İspaniya), "Bayer Leverkuzen" (Almaniya) və "Lill" (Fransa) artıq 1/8 finala vəsiqə qazanıblar.

21:45, "Milan" - "Feyenoord"
00:00, "Atalanta" - "Brügge"
00:00, "Bavariya" - "Seltik"
00:00, "Benfika" - "Monako"


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də