
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
B Liqasının 5-ci qrupunda yer alan yığma Estoniya seçməsi ilə üz-üzə gəlib.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrə kollektivinə məğlub olub.
 
 
						 
 
 



 
					 
					 
					 
					 
					