
Türkiyə millisinin və "Benfika"nın yarımmüdafiəçisi Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.
Bu barədə Portuqaliya Liqasının mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu 5 matçda 5 qol vurub və 2 assist edərək son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, Kerem Aktürkoğlunun bazar dəyəri 18 milyon avrodur. Onun "Benfika" ilə müqaviləsi 2029-cu ilə qədərdir.