Azərbaycan dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tiranada start götürəcək dünya çempionatında mübarizə aparacaq.
Üçqat dünya çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda Almaniya təmsilçisi Bayram Sina ilə üz-üzə gələcək.
Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) güləşəcək.