
Dünya futbolunun ulduzlarından olan türk əsilli Məsut Özil Bakıya gəlir.
Səfərin təşkilatçısı “Qarabağ” Futbol Klubudur.
Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:
“Dəyərli azarkeşlərimiz!
Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq!
Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın! 
Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!
Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq.
Giriş sərbəstdir”.
“Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.
 
 
						 
 
 



 
					 
					 
					 
					 
					