Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lamiyə Vəliyeva FİNALDA

Lamiyə Vəliyeva FİNALDA

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) dünən növbəti sınağına çıxıb.

İdmançı bacarığını 400 metr məsafədə göstərib.

 Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayıb. Azərbaycan təmsilçisi 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Qeyd edək ki, final mərhələsi sentyabrın 7-də baş tutacaq.

 Azərbaycan paralimpiyaçıları Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də