
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.
Paylaşımı təqdim edirik:
“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.