Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu hakimlər futboldan uzaqlaşdırıldı

Bu hakimlər futboldan uzaqlaşdırıldı

Polşa Futbol İttifaqının (PFU) İntizam Komitəsi hakimlər Bartoş Frankovski və Tomaş Musialı 1 illik futboldan kənarlaşdırıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qərara səbəb sözügedən hakimlər tərəfindən ictimai asayişin və davranış qaydalarının pozulmasıdır.  

Frankovski və Musial avqustun əvvəlində Lyublin şəhərində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Reyncers" (Şotlandiya) matçını idarə etməli idilər. Lakin oyundan əvvəlki gecə onlar sərxoş vəziyyətdə polis tərəfindən saxlanılıblar. Bundan əlavə, hakimlər yol nişanını oğurlayıblar. UEFA onları dərhal başqa hakimlərlə əvəz edib.

Hakimlərin hər biri 1 il müddətinə futboldan kənarlaşdırıb və 25 min zloti məbləğində cərimələnib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də