Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev bu mərhələdə Macarıstan təmsilçisi İsmail Muszukayevlə qarşılaşıb. O, rəqibinə 3:10 hesabı ilə uduzub. Rəqib finala vəsiqə qazansa, idmançımız bürünc medal uğrunda görüşə qatılmaq şansı əldə edəcək.