ABŞ 21 qızıl, 30 gümüş və 28 bürünc medalla Paris Olimpiadasının lideridir.
Onu ikinci yerdə Çin izləyir.
Çinin qızıl medal sayı ABŞ ilə eyni olsa da, 18 gümüş, 14 bürünc medalı var.
Fransa və Avstraliyanın 13 qızıl medalı var. Olimpiya oyunlarına ev sahibliyi edən ölkə 16 gümüş, 19 bürünc medalla üçüncü yerdə qərarlaşıb.
Azərbaycan isə medal sıralamasında 22-ci pillədə qərarlaşıb. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Filippin və Serbiya da (hər ikisi 2 qızıl) 22-cidir.
Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 52-ci, Ermənistan isə (1 gümüş) 54-cü sıradadır.