“Paris-2024” Yay Olimpiya Oyunları davam edir.
Bu gün Azərbaycanın mübarizəyə qoşulan daha bir idmançısı məğlub olub.
Belə ki, 48 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva özbəkistanlı Xalimajon Kurbanova ilə qarşılaşıb. Cüdoçumuz bu görüşdə uduzub.
Bu gün 5 idmançımız yarışa qoşulub.
İlk olaraq badmintonçumuz Keişa Fatimə Zəhra çinli He Bin Çzyao ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xəbəri paylaş