
“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
“tələbələr” Macarıstanda İsrailin “Makkabi” (Hayfa) komandasının qonağı olub. Görüş təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah”ın heyətində qolları Şafranko, Cesse Sekidika və Xəyal Əliyev vurublar.
Komandalar arasında cavab oyunu avqustun 1-də Bakıda keçiriləcək.