
“Qəbələ” Futbol Akademiyası məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.
2023/2024 mövsümündə klubun U-19 kollektivinə rəhbərlik edən mütəxəssis akademiyada fəaliyyət göstərdiyi uzun müddət ərzində müxtəlif yaş qrupları üzrə komandalarda çalışıb.
“Qırmızı-qaralar” Hacıyevin rəhbərliyi altında müxtəlif liqalarda mükafatçılar sırasında yer alıb.