
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol yığması Avropa çempionatında ilk oyununu keçirib.
C divizionunun A qrupunda mübarizə aparan yığma turnirə ev sahibliyi edən Albaniya ilə üz-üzə gəlib. Görüş komandamızın 56:60 hesablı məğlubiyyəti ilə başa çatıb.
Tahir Baxşıyevin komandası növbəti oyununu iyulun 10-da Moldova kollektivinə qarşı keçirəcək.