
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.
Camal Abbasov (61 kiloqram) italiyalı Paskuale Liuzziyə (7:2), slovakiyalı Robert Meszarosa (10:0) və belaruslu Yanis Katoka (tuş) qalib gələrək yarımfinala yüksəlib. Bu raundda isə türkiyəli Tolqa Özbekdən güclü olub – 5:1. C.Abbasov finalda rusiyalı Andrey Midlovetslə qarşılaşacaq. Əhməd Əhmədli (74 kiloqram) təsnifat mərhələsində türkiyəli İbrahim Yapraka 1:4 hesabı ilə məğlub olub.