Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İngiltərə millisi 1/4 FİNALDA

İngiltərə millisi 1/4 FİNALDA
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu baş tutub.

 İngiltərə və Slovakiya yığmaları üz-üzə gəlib. Gelzenkirxen şəhərində yerləşən "Feltins Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyi üçün əlavə vaxt oynanılıb.

 Əlavə 30 dəqiqədə daha bir top vuran ingilislər adını 1/4 final mərhələsinə yazdırıblar.

 Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.

 Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də