Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün Avroliqada finalçılar müəyyənləşəcək

Bu gün Avroliqada finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

 Yarımfinal mərhələsinin cavab görüşündə "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivini qəbul edəcək.

 Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb - 1:1.

İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer 04"ün qonağı olacaq. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.

 UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq gələcək. İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da uğurlu çıxış etməyə çalışacaq. Cütün qalibi finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.

 Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də