Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxarılır


“Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxarılır


Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək “Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxarılır.

Bununla bağlı Ağdam təmsilçisi rəsmi “Facebook” hesabında paylaşım edib.

Azarkeşlər biletləri bu gün iticket.az platformasında əldə edə biləcəklər.

 Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

 Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də