Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadınlardan ibarət millimiz son oyununa çıxır

Qadınlardan ibarət millimiz son oyununa çıxır


Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxacaq.

Artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edəcək.

 "Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.

 C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Bu görüş də eyni vaxtda başlayacaq.

 19:00. Azərbaycan - Farer adaları

 Xallar: Azərbaycan - 13, Monteneqro - 9, Kipr - 7, Farer adaları - 0.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də