
Türkiyənin paytaxtı Ankarada qonşular arasında yaranan mübahisə zamanı ikisi uşaq olmaqla 5 nəfər güllələnib.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, daha əvvəl səs-küy səbəbindən qonşular arasında vaxtaşırı mübahisələr yaranıbmış.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.