Vətən müharibəsi şəhidi polkovnik-leytenant Abakar Hacıyevin oğlu, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacı Hacıyevin də daxil olduğu “Village Boys” komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında “Future İnnovators – Junior” kateqoriyası üzrə ikinci yeri tutub.
Bu barədə "Azərtac"a Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.