Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İdmançılarımız Avropa Çempionatında 2-ci oldu

İdmançılarımız Avropa Çempionatında 2-ci oldu


Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması həlledici final oyununa çıxıb.

 Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, sentyabr ayının 10-da komandamız son Avropa çempionu İspaniya yığması ilə qarşılaşıb və çətin mübarizədə gümüş medala layiq görülüb.

Komandamız bu mötəbər tədbirdə 3-cü dəfə iştirak etməsinə baxmayaraq Avropanın ən güclü 8 komandası ilə birlikdə yarışaraq çıxdığı 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup oyunundan qələbə ilə ayrılıb.

 

"İdmançılarımızı turnirin ikinci pilləsinə yüksəlmələri və gümüş medalları münasibətilə təbrik edir, nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə minnətdarlığımızı bildiririk".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də