Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Argentina yığması üzərində qələbə qazanması münasibətilə Səudiyyə Ərəbistanında noyabrın 23-nü milli bayram elan edilib.
Bu barədə Səudiyyənin rəsmi SPA agentliyi məlumat yayıb.
Qərarı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud verib.
Bildirilir ki, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etmək məcburiyyətində deyillər.
Qeyd edək ki, Səudiyyə millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.