Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qarabağ"-"Gent" oynunun başlama saatı bəlli oldu


"Qarabağ" klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

 

 2023-cü il fevralın 16-da Bakıda baş tutacaq ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

 

Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də