İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar böyük faciəyə səbəb olub.
İğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb. Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdiham yaradıb.
İnsident nəticəsində 125 nəfər dünyasını dəyişib, 200-ə yaxın insan yaralanıb. Ölənlər arasında azyaşlılar da var.
İlkin məlumata görə, toqquşmalar zamanı 32 uşaq həlak olub. Onların əksəriyyəti 3-17 yaş aralığında olub.