Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Premyer Liqada V turun oyun cədvəli

Misli Premyer Liqasının V turunun oyun cədvəli məlum olub.
 
Görüşlər sentyabrın 1-i, 3-ü və 4-də keçiriləcək. V turun açılış matçı sentyabrın 1-də “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Qəbələ şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 19:00-da start götürəcək.
 
Sentyabrın 3-də “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq. Həmin gün baş tutacaq digər oyunda “Neftçi” klubu “Sumqayıt”la üz-üzə gələcək. Matçın startı “Bakcell Arena”da saat 20:30-da veriləcək.
 
Sentyabrın 4-də isə “Bank Respublika Arena”da saat 18:00-da “Sabah”-“Səbail” oyunu keçiriləcək. Həmin gün “Zirə” komandası “Qəbələ” ilə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionundakı görüşə saat 20:30-da start veriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də