İspaniya La Liqasının IX turunda iki oyunun vaxtı dəyişdirilib.
Bu barədə çempionatın rəsmi saytında məlumat yayılıb.
"Real Madrid" - "Atletik" və "Qranada" - "Atletiko" (Madrid) matçları Ali İdman Şurasının tələbi əsasında təxirə salınıb.
Qərar dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə oyunları ilə bağlıdır. Bu görüşlərin Çempionlar Liqasında çıxış edən İspaniya klublarına mənfi təsir edəcəyi bildirilib.
Qeyd edək ki, oktyabrın 17-nə planlaşdırılan qarşılaşmaların yeni tarixləri yaxın günlərdə açıqlanacaq.