
Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindənverilən məlumata görə, naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda dəyəri 7000 manat olan elektrik naqilini talayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Babayev və 27 yaşlı Ş. Şahbazov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


