Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qətliamın iştirakçısı saxlanılıb - FOTO 

Qətliamın iştirakçısı saxlanılıb - FOTO 

Suriyada təhlükəsizlik qüvvələri 2013-cü ildə Dəməşqin Tədamun rayonunda mülki şəxslərin qətli ilə bağlı əsas şübhəlilərdən birini saxlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, saxlanılan şəxs keçmiş kəşfiyyat zabiti Amcad Yusifdir.

Məlumata görə, o, bir neçə il əvvəl yayılan görüntülərdə əks olunub. Həmin kadrlarda gözləri bağlanmış və qandallanmış şəxslərə qaçmağı əmr etdiyi, daha sonra isə onlara atəş açdığı görünür.

Qeyd olunur ki, qurbanlar kütləvi məzarlığa düşüb və ümumilikdə 41 nəfərin öldürüldüyü ehtimal edilir. Daha sonra meyitlərin yandırıldığı bildirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də