Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mikroavtobus hərbi xidmətdən yeni qayıdan gənci vurdu

Mikroavtobus hərbi xidmətdən yeni qayıdan gənci vurdu

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib. 

Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, rayonun Bəydili kənd sakini, Tofiq Əliyev "Mercedes" markalı mikroavtobusla hərəkətdə olarkən kənd sakini, 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Rauf oğlunu vurub. 

Ağır xəsarətlər alan piyadanı sürücü rayon xəstəxanasına aparıb. 

Yaralı hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb. 

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də